Haqqımızda

2012-ci ildən fəaliyyət göstərən TES Tour şirkəti Azərbaycan daxili ekskursiya və digər səyahət xidmətləri təklif edən aparıcı tirizm operatorlarından biri kimi ölkədə layiqli təcrübəyə malikdir. TES Tour ölkəmizə təşrif buyuran qonaqlara Bakı və Azərbaycanın mədəni irsinin tanıdılmasında ən dəbli və müasir turizm xidmətləri təklif edir. 

 

TES Tour Azərbaycanda turların, ekskursiyaların və attraksion biletlərinin pərakəndə satışı üzrə mütəxəssisdir. 50.000-dən çox müştəri xidməti təcrübəsi ilə ölkənin bütün istiqamətlərində işləyirik. Dünyanın hər yerindən olan operatorlarla birlikdə işləyərək, müştərilərimizin tam məlumatlı olmasını və onlar üçün doğru olan xidməti asanlıqla seçə bilməsini təmin edərək, müxtəlif kateqoriyalarda səyahət xidmətləri təqdim edirik. Mütəxəssis komandamız tərəfindən seçilmiş bütün TES Tour xidmətləri müxtəlif büdcələrə və maraqlara uyğun hazırlanmaqdadır.